Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Enis Berberoğlu ömürlük həbs cəzasına məhkum edilə bilər.

Unikal.org-un məlumatına görə, deputat Türkiyə kəşfiyyatının fəaliyyəti ilə bağlı fotomaterialların yayılmasında ittiham olunur.

Qeyd edək ki, bir müddət əvvəl E.Berberoğlu bu materialların ona partiya sədri Kamal Kılıçdaroğlu tərəfindən verildiyini bildirmişdi.