Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcək.

Unikal.org-un məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verib.
Məlumata əsəsən, buna baxmayaraq D.Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini yenidən təxirə salacaq.
Qeyd edək ki, Donald Tramp iyunda da səfirliyi Qüdsə köçürməyi təxirə salmışdı.