Fransa məktəblərindən birində 15 yaşlı şagird şokoladlı tortun içərisinə marixuana ataraq müəllimini və sinif yoldaşlarını dəhşətli hala salıb.

Unikal.org xəbər verir ki, hadisə paytaxt Parisdə baş verib. Mennesi şəhər orta məktəbində sinif rəhbəri yeni il illə əlaqədar sonuncu dərsda uşaqlara əyləncəli proqram hazırlayıb. Uşaqların hər biri evdə özləri bişirdikləri piroqları, yeməkləri gətirib bayram süfrəsi açmalı idilər.

Lakin şagirdlərdən biri heç kimə xəbər etmədən belə bir iş tutub. Şokoladlı tortdan yeyən müəllim və şagirdlər qeyri-ixtiyari gülməyə, qeyri-adi hərəkətlər etməyə başlayıblar.

Özünü sərxoş kimi aparan uşaqlardan bir neçəsi paltarlarlarını soyunublar.

Hadisə ilə bağlı uşaqların valideynləri məktəb rəhbərliyinə şikayət ərizəsi yazıb. Faktla bağlı araşdırma aparılır.(publika.az)