"Rusiya İxracat Mərkəzi" SC Azərbaycana məhsul ixracı üzrə 20 layihənin dəstəklənməsi imkanını nəzərdən keçirir.
Unikal.org xəbər verir ki, bunu Trend-ə "Rusiya İxracat Mərkəzi" SC-nin nümayəndəsi Elmira Kaçayeva deyib.
Onun sözlərinə görə, demək olar ki, bütün layihələr qeyri-maliyyə xidməti sahələrini əhatə edir.
E.Kaçayeva deyib: "Əgər bu layihələr həyata keçirilsə, o zaman ixracın həcmi 200 milyon dolları keçə bilr".
Qeyd edək ki, bu gün üçün "Rusiya İxracat Mərkəzi" SC Azərbaycana 500 milyon dollar dəyərindən çox ixracı dəstəkləyib.