Müğənni Elnarə Xəlilovanın yaşadığı binada yanğın olub.
Unikal.org xəbər verir ki, bu haqda sənətçi özü xəbər yayıb. O bildirib ki, yanğın tez bir zamanda söndürülüb:
"Salamatçılıqdır, heç kimə heç nə olmayıb. Adam bilmir 5 dəqiqə sonra başına nə gələcək. Fövqəladə Hallar Nazirliyi sağ olsun, tez söndürdü. Yanğın şitdə baş vermişdi, heç bir mənzilə keçmədi. Bütün şaxtanı su basıb, 1 həftə binada işıq olmayacaq".