Sosial şəbəkədə ifası ilə məşhurlaşan çoban Pərvin Səfərov mənzillə təmin edilib.

Unikal.org xəbər verir k, bu barədə AzNews.az-a P. Səfərov özü məlumat verib. Onun bildirdiyinə görə, "AAAF PARK Yaşayış Kompleksi ona yaradıcılığını genişləndirmək, vokal dərsləri almaq üçün müvəqqəti olaraq imkan yaradıb:

"O səs Türkiyə yarışmasında sona kimi mübarizə aparmağım və layiqincə yer tutmağım üçün mən vokal dərsi almalıyam. Amma mənim buna maddi imkanım yol vermirdi. Xalq artistləri mənə yarışmada iştirakımla bağlı təmannasız vokal dərsi keçmək istəyirlər. Lakin Bakıda qalmaq üçün nə bir evim var, nə də elə bir imkanım var ki, kirayə qalım. Sizə müsahibəmdən sonra mənə Nazirlər Kabinetindən zəng gəldi, görüşmək istədiklərini bildirdilər. Amma getmədim, çünki artıq "AAAF məni öz otellərinin birindən evlə təmin etmişdi. Şirkətdən bildiriblər ki, mənim üçün nəzərdə tutulan evdə istədiyin qədər qala bilərsən. Sabah Bakıya daşınıram, həftənin üçüncü günündən etibarən orda qalacağam.

Pərvin Səfərov hazırda əmkədar artist Anar Şuşalıdan vokal dərsləri aldığını qeyd edib: "Dərslər tədris mövsümü bitənə qədər davam edəcək.

Pərvin Səfərov problemlərinin həllində ona dəstək olan mətbuata da dərin təşəkkürünü bildirdi.