Günümüzdə çeşid, rəng baxımından olduqca zəngin ayaqqabı piştaxtaları hər kəsi cəlb edir. "Sərfəli qiymətə olduğundan hər libasa uyğunlaşdırmaq üçün cüt-cüt alıb qarderobuna "bəla düzənlər heç də az deyil. Bir sözlə, bəlkə də çoxumuz ucuz və keyfiyyətsiz başmaqların ciddi xəstəliklərə yol açdığından xəbərsizik. Hələ bu harasıdır? Sən demə onurğa əyriliklərinin yaranması və deformasiyaların irəliləməsisəbəblərindən biri də başmağın düzgün seçilməməsiymiş.
Unikal.org xəbər verir ki, xanımların gündəlik üçün istifadə etdiyihündürdaban ayaqqabıların, yaxud daim inkişafda olan körpə uşaq və yeniyetmə çəkmələrinin standartlara cavab verməməsi isə daha çox fəsadlardan xəbər verir. Məsləhətsiz başmaq ayaqda qoxu, işdə gərginliyə, fiziki və psixoloji yorğunluğa da səbəb olur. İşbazların "qurbanına çevrilməmək, düzgün ayaqqabı seçmək üçün təbii ki, diqqət yetirilməsi vacib amillər var. İyirmi ildən çoxdur pinəçi işləyən Soltan Məmmədov deyir ki, başmağın estetik görünüşünə aldanmaq lazım deyil. Pinəçi ayaqqabı seçən zaman hər iki tayını da geyinib yoxlamağı məsləhət edir. Ayaqqabının əsl dəridən olmasını yoxlamağa gəlincə-¦Ayağın həcmi gün boyu genişləndiyinə, şişkinlik yarandığına görə ayaqqabını günortadan sonra almaq tövsiyə edilir. Sıxan çəkməyə satıcının "bir müddət sonra açılacaq deməsinə isə aldanmaq lazım deyil.İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanun alınan malın yaramadığı halda, 14 gün ərzində, qəbz göstərməklə geri qaytarılmasına və ya dəyişdirilməsinə icazə verir.
Göründüyü kimi, qanunlar sağlamlığımızın qeydinə, gerisi isə özümüzə qalır...