"Facebook" şirkəti yeni "Messenger Kids" proqramını istifadəyə verir. Yeni əlavə validenlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.
"Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək", - şirkətin məlumatında qeyd olunur.
"Messenger Kids" proqramı validenlərin akauntu vasitəsilə nəzarət olunur və beləliklə uşaqlar yalnız validenlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.
Yeni əlavədə reklam yerləşdirilməyəcək.