"Qrupda son oyunumuzdu. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu"
Unikal.org xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə "Roma ilə qarşılaşacaq "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
"Oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, "Romanın şansı bu oyunla bağlı olsun. Futbolçular ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq".