İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar. 

Unikal.org-un xəbərinə görə, bu barədə "Associated Press məlumat verib. İƏT-dən bildiriblər ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyi ölkə ilə əlaqələri tam kəsməli olacaq. "Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək, təşkilatın yaydığı açıqlamada bildirilib. 

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcəyi gözlənilir.