Narahat olan sabiq nazir kadrlarına "Çaşmayın tapşırığı verib.
Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən azad ediləndən sonra nəzarətində olan kadrları da "vurulmağa başladı. O, nazir kürsüsünü itirəndən qısa müddət sonra zamanında müxtəlif vəzifələrə yerləşdirdiyi yaxınları tutduqları işlərdən kənarlaşdırıldılar. Əslində, bu yanaşma doğrudur. Çünki hər hansı bir qruplaşmanın lideri səriştəsizliyinə görə komandadan uzaqlaşdırılırsa, onun adamlarının burada saxlanılması yanlış olar. Sadə məntiqlə fikirləşəndə bir qrupun rəhbəri artıq işə yaramırsa, onun ətrafındakılardan dövlətə hər hansı xeyir gələ bilməz. Hamıya bəllidir ki, Ziya Məmmədov nazir səlahiyyətlərindən sui-istifadə edərək, dövlətdən və xalqdan oğurladığı pullar hesabına oliqarxa çevrilmişdi, onun ətrafındakılar da eyni prinsiplə işləyiblər.
Qısaca məlumat verək ki, Z.Məmmədov nazir postundan uzaqlaşdırılandan sonra onun ən yaxın adamları Göyçay rayon İH-in başçısı Mübariz Ağayev işdən çıxarıldı. Bir ay öncə isə Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi liseyinin direktoru Məhbubə Məmmədova vəifəsindən kənarlaşdırıldı, bu günlərdə isə prezidentin sərəncamı ilə Quba rayon İH-in başçısı, Ziya Məmmədovun qohumu və kadrı Yaşar Məmmədov tutduğu vəzifədən azad edildi. Y.Məmmədov vəzifəsindən kənarlaşdırılandan sonra unikal.org-a verdiyi müsahibəsində özü də bilmədən Ziya Məmmədovla bağlı həssas bir məqama toxunub.
Sitat: "Dünən Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa "fikir söyləyərsən. Çaşarsan ha birdən... Məni bu məsələdə diqqətli olmağa çağırdı. Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım.
Burada əsas məqam odur ki, Ziya Məmmədov "vurulan kadrlarına dərhal zəng edərək sakit durmağı tapşırır. Maraqlıdır, görəsən, bu narahatlığın səbəbi nədir?
Etibarlı mənbədən "Unikal qəzetinə verilən məlumatda bildirilir ki, Ziya Məmmədovla bağlı məsələ hələ tam qapanmayıb. Belə ki, sabiq nazir vəzifədə olduğu dönəmdə yol verdiyi qanunsuz əməllərinə görə cavab verməyib. Məsələ ondadır ki, artıq Ziya Məmmədova həbs ediləcəyinin mümkün olması ilə bağlı xəbərdarlıq da edilib. Elə bu səbəbdən də "vurulan kadrlarına "çaşmayın mesajını verir ki, özünə qarşı qıcıq yaranmasın. Amma görünən odur ki, Z.Məmmədov kadrlarının vəzifədən uzaqlaşdırılması, yaxud obyektlərini itirməklə yaxasını qurtara bilməyəcək. Yəni, onun ədalət qarşısında cavab verəcəyi qaçılmazdır.
Elvin Rüstəmov