Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycanın dəmir yolu sisteminin inkişafı üçün nəzərdə tutulmuş 400 mln. dollar məbləğində krediti təsdiqləyib.

Unikal.org  xəbər verir ki, ADB-nin Direktorlar Şurası krediti dekabrın 1-i təsdiq edib.

Kredit "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin möhkəmləndirilməsinə, maliyyə effektivliyinin artırılmasına, yeni korporativ strukturun yaradılmasına yönəldiləcək. Bundan başqa, cəlb olunan vəsait hesabına Bakıda Rusiya ilə dövlət sərhədinədək uzanan dəmir yolu infrastrukturunun müasirləşdirilməsi nəzərdə tutulub.