Bu ilin noyabr ayında "Azərenerji" ASC istehlakçıları tələbatlarına uyğun olaraq, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edib.
"Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, noyabr ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,730 mlrd. kVt/saat olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 14,48% azdır. Qeyd edək ki, 2016-cı ilin noyabr ayında bu rəqəm 2,023 mlrd. kVt/saat təşkil edib.
"Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib", - deyə məlumatda vurğulanıb.