Yüksək texnologiyaların inkişafı nəticəsində gələcəkdə dünyada xeyli sayda iş yerlərinə ehtiyac olmayacaq, onları texnologiyalar əvəz edəcək.
Unikal.org xəbər verir ki, bunu trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O.Gündüz hesab edir ki, əgər hökumətlər əvvəlcədən tədbir görsələr, bu proses ciddi problem yaratmayacaq: "Bu gün dünyada aparıcı trendlər mövcuddur, deyək ki, robortlaşma, ağıllı avadanlıqlar və s. Bunların inkişafı sayəsində gələcəkdə xeyli iş yerlərinə ehtiyac olmayacaq. Hökumətlər əvvəlcədən bu prosesi görərək adddımlar atmalıdır, yəni o sahə üzrə kadrlar hazırlanmaldır. Düşünmürəm ki, bu halda ciddi problemlər meydana gəlsin.
O.Gündüzün sözlərinə görə, hazırda informasiya texnologiyalarının inkışafı Azərbaycanda iş yerlərinin azalmasına səbəb olmur: "Hələ ki, bununla bağlı ölkədə ciddi narahatlıq yoxdur. Amma gələcək üçün belə bir təhlükəni proqnozlaşdırmaq mümkündür. Azərbaycanda İT sahəsi üzrə mütəxəssislər çatışmır. Gələcəkdə Azərbaycana İT mütəxəssislər daha çox lazım olacaq. Ona görə də, bu istiqamətdə addımlar atmaq vacibdir.