"5/5" verilişinin bu həftəki "Elçilik" buraxlışının səs-küylü olacağı gözlənilir.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal həftənin cümə günü yayımlanacaq rubrikayla bağlı ötən gün maraqlı açıqlamalar verib. Aparıcı "Elçilik"in bu həftəki qısa icmalını tamaşaçılarla bölüşüb.
Zaur sözügüdən buraxlışla bağlı danışarkən şok açıqlamaları ilə diqqət çəkib:
"Biz komandanı yığıb, qız evinə getmək istəyəndə xəbər çatdı ki, qız başqasına qoşulub qaçıb. Hətta qız tərəfi bizi təhdid etmək istədi ki, "Bu getməyəcək efirə". Oğlanın apardığı xonçalar hamısı qız evində qalıb. Ana ilə əlaqə saxladıq. Ana dedi ki, "Qızım 3 ay öncə qoşulub bir Allah bəndəsinə qaçıb. İndi ailə qurub. Onu indi efirdə verməyin heç bir mənası yoxdur". Biz də ananın xahişi ilə qızın xoşbəxt olmağı üçün o görüntülərdən bəzilərini çıxartdıq.
Qeyd edək ki, sözügedən qıza yenidən elçi düşmək istəyən keçmiş nişanlısıdır. Oğlan "Olsa, o, olmasa, heç kim" deyərək, nişan üzüyünü heç vaxt barmağından çıxarmayacağını deyib. Oğlan qızın istədiyinin olmadığını, bu məsələni araşdırdığını bildirib: "İstəyirəm ki, o, mənim olsun, vəssəlam! Ya odur, ya heç kim".
Ana 1 ildən çoxdur oğlunun o qızla nişanlı olduğunu, birdən qəfil bütün münasibətlərin bitdiyini deyib. Ana səbəbini bilmədiyini sözlərinə əlavə edib.