Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-polÂkovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-nın Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan DSX və Türkiyənin Silahlı Qüvvələri arasında ikitərəfli əlaÂqəÂləÂrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perÂspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın dövlət sərhədÂlərinÂdəki mövÂcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən ErməÂnistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əraÂzilərdən qeyri-qanuni məqsədlərlə istiÂfadə hallarının davam etdiÂrilməsi qeyd olunub. Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keÂçirilmiş tədbirlər, DSX-da aparılan islahatlar, sərÂhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkÂmilÂləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məluÂmat verilib.
Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin dəÂrinləşÂdirilÂməÂsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsəÂdilə qarşılıqlı təcrübə mübaÂdiÂləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşÂlığın genişləndirilməsinin zəruriliyi vurğuÂlanÂıb.
Görüşdə Тürkiyənin Azərbaycandakı fövÂqəÂladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.