İranda qar uçqunu olub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, dağ uçqunu İranın Lorestan əyalətinin Oşterankuh (Oshterankooh) dağında baş verib.
Məlumata görə, 14 alpinist ötən gün İranın Məşhəd şəhərindən Oşterankuh dağındakı yüksəkliyə qalxmaq üçün hərəkət ediblər. Bu gün səhər qar uçqunu olub, komandadan 9 nəfər qar altında qalıb.
Hadisə ilə bağlı böhran qərargahı yaradılıb, iki vertolyot və 20 xilasedici axtarışlara başlayıb. Axtarışlar nəticəsində indiyədək 2 nəfərin meyiti tapılıb.
Axtarış havanın qaralması və şaxtalı havaya görə az öncə dayandırılıb. Xəbər qaynaqları qar altında qalan alpinistlərin hamısının öldüyünü bildirir.
Alpinistlər arasında İranın tanınmış idmançılarının olduğu bildirilir.
Oşterankuh İranın Lorestan əyalətinin şərqində yerləşir və İranın Alp dağı kimi tanınır.
Dağın hündürlüyü 4150 metrdir.