Qaraçı uşaqlarının çoxu təhsil almır.
Unikal.org xəbər verir ki, bunu trend-ə Azərbaycanda qaraçıların daha çox məskunlaşdığı Yevlax rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Fəxrəddin Zeynalov deyib.
O bildirib ki, çox nadir hallarda qaraçı uşaqlar arasında təhsil alan olur: "Onların bir qrupu "oturaq qaraçı"lardır. Belə qaraçılar heç olmasa, 7-ci sinfə qədər təhsil alırlar. Dilənçiliklə məşğul olan qaraçıları isə tapmaq mümkün deyil. Onların yeri yalnız hüquq-mühafizə orqanları tərəfindən cinayət törətdikdə aşkar olunur".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev də Trend-ə açıqlamasında qaraçı uşaqların böyük əskəriyyətinin təhsildən kənarda qaldığını söyləyib.
Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub.
2016-cı ildə polis orqanları tərəfindən dilənçiliklə məşğul olan 512 uşaq aşkarlanıb.