Gəncədə intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini 1942-ci il təvəllüdlü Budaqov Talıb Bayram oğlu özünü asaraq öldürüb.
Faktla bağlı şəhər prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Xatırladaq ki, dünən sayt hadisə ilə xəbər verib ki, Gəncədə şəkər xəstəliyindən əziyyət çəkən Budaqov Talıb Bayram ürək dərmanından zəhərləndib.
Şəhər sakini, şəkər xəstəsi olan 1942-ci il təvəllüdlü Budaqov Talıb Bayram oğlu özünü pis hiss etdiyi üçün ürək dərmanı qəbul edib. Halı daha da pisləşən kişi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.