Hazırda karyerasına radio aparıcısı kimi davam edən Amerikanın "Fox televiziyasının jurnalisti Culiet Haddi ABŞ prezidenti Donald Trampla bağlı qalmaqallı iddia səsləndirib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, 2005-2006-cı illərdə onunla şam etməyə çıxan Donald Trampın otelinin liftində onu dodağından öpməyə çalışdığını söyləyib:
"Liftdə mühafizəçinin yanında yanağımdan yox, dodağımdan öpməyə çalışdı. Xətrimə də dəymədi. Daha sonra bir də buna cəhd etmədi. Heç təkbətək də qalmadıq.
Xatırladaq ki, Tramp vaxtilə "Ona sataşdım, məni yola verdi deyə Haddi ilə yaşadığı qalmaqaldan danışmışdı.