"Kasperski Laboratoriyası" Azərbaycanın neft-qaz sənayesi şirkətlərinin texniki işçiləri üçün kibertəhlükəsizlik üzrə məşğələlər təşkil edəcək.
Unikal.org bildirir ki, bunu Trend-ə "Kasperski Laboratoriyası"nın kritik infrastrukturun təhlükəsizliyi biznesinin inkişafı üzrə direktoru Andrey Suvorov deyib.
Onun sözlərinə görə, sənaye kibermüdafiəsinin təmin olunması prosesi kifayət qədər qəlizdir, çünki sistemin tətbiq olunmasına qədər müəssisənin işi ilə tanış olmaq vaxt tələb edir.
A.Suvorov vurğulayıb ki, Azərbaycanda iki aparıcı sahə mövcuddur - neft-qaz-kimya və energetika, bu isə ölkənin bu vəya digər müəssisəsində avtomatlaşma sisteminin hansı müəssisə tərəfindən quraşdırıldığını müəyyən etmək işini asanlaşdırır.
O qeyd edib ki, hər iki sahə əminliklə bildirir ki, onların sistemi hər cür xarici təhdiddən müdafiə olunur və infrastrukturun kibertəhdidlərdən etibarlı müdafiəsi üçün yeni təşəbbüslərin icrasına mane olurlar.
A.Suvorov qeyd edib ki, ciddi layihələr almaq üçün ilk növbədə bazarda mövcud olan vendorlarla işləmək tələb olunur, "Kasperski Laboratoriyası" onlarla əməkdaşlıq edənədək sifarişçilərə məşğələlər təklif edir:
"Azərbaycanda bir sıra şirkətlər var ki, biz onlarla bu məsələni müzakirə edirik. Bizim ölkədəki nümayəndəmizin böyük tərəfdaşlar və şirkətlər şəbəkəsi mövcuddur. Biz onlarla bu mövzuda ünsiyyət qururuq".