Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.
Y. Gümürdülü qida borusu xərçənginin kişilərdə daha çox görüldüyünü deyib. Onun sözlərinə görə, xüsusilə isti içkilərlə siqareti birlikdə istifadə edənlər böyük risk altındadır: "Bu xəstəlikdə riskli qrup 50 və 70 yaş arasıdır. Endoskopik müayinə xərçəngin aşkarlanmasında önəmli rol oynayır. Müalicə üsulu isə 3 yöndə - cərrahi, radioloji və onkoloji olaraq aparılır. İlkin mərhələdə cərrahi üsul çox daha müvəffəqiyyətlidir. Ancaq xərçəngin ətrafındakı toxumalara yayılması halında radioloji müalicəsi və kimya terapiya müalicəsi ilə stend tətbiq olunur".