Aparıcı Elgiz Əkbər ARB telekanalında yayımlanan "Səhər-səhər verilişində müğənni Damlaya evlənməsi üçün namizəd təklif edib.

Unikal.org-un məlumatına görə, aparıcı müğənni Elnar Xəlilovdan ailə həyatı qurması üçün namizədin olub-olmadığını soruşub.

Müğənni "xeyir cavabını verəndən sonra Elgiz Əkbər deyib ki, Damla ilə ailə həyatı qura bilər: "Çox gözəl cütlük ola bilərsiniz.

Elnar Xəlilov isə Damla ilə evlənməyə pis baxmadığını və bunun mümkün olduğunu bildirib.