"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində "Avstriya Dəmir Yolları Karqo Səhmdar Cəmiyyətiİdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib.
Unikal.org xəbər verir ki, səmimi və dostluq şəraitində keçən görüşdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, "Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.
Sonra qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Görüşün sonunda "Azərbaycan Dəmir yolları QSC,Türkiyə Dövlət Dəmir Yolları Daşımaçılıq şirkəti və "Avstriya Dəmir Yolları Karqo Səhmdar Cəmiyyəti nümayəndələri arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum özündə Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini inkişaf etdirməyi ehtiva edir."Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində "Avstriya Dəmir Yolları Karqo Səhmdar Cəmiyyətiİdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib.
Səmimi və dostluq şəraitində keçən görüşdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, "Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.
Sonra qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Görüşün sonunda "Azərbaycan Dəmir yolları QSC,Türkiyə Dövlət Dəmir Yolları Daşımaçılıq şirkəti və "Avstriya Dəmir Yolları Karqo Səhmdar Cəmiyyəti nümayəndələri arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum özündə Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini inkişaf etdirməyi ehtiva edir.