Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq.

Unikal.org report-a istinadən xəbər verir ki,  39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.