Əməkdar artist Röya Ayxanla "Eurovision 2011 qalibi Nigar Camal qalmaqalına stilist Anar Ağakişiyev də münasibət bildirib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, stilist tərəfləri sülhə çağırıb: "Bir-iki məqamı çıxmaq şərtilə hər şey çox gözəl keçdi.
"Gözəllik dünyanı xilas edəcək deyiminə fərqlilik qatmaq istəyirəm: Birlik dünyanı xilas edə bilər. İllər əvvəl bir atalar sözü eşitdim: Tək əldən səs çıxmaz. Ondan sonra bu sözü heç vaxt unutmuram. Biz fərqli valideynlərin övladı ola bilərik, amma bir millətik - azərbaycanlıyıq.
Qeyd edək ki, "Altın Kelebek mükafatlandırma gecəsində Nigarın obrazı üzərində Anar Ağakişiyev işləyib. Nigar mükafat qazanan Röyanı təbrik etsə də, əməkdar artist bu təbriki səmimi qəbul etmədiyini demiş və mübahisə düşmüşdü.