Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr 2017-ci il tarixində axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Unikal.org-a ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.