Azərbaycanlı stilist Samiraldo (Samir Əliyev) uzun illər sonra doğma bacısını tapıb.

Unikal.org xəbər verir ki, dəb ustası bu barədə ilk dəfə lent.az-ın canlı yayımında deyib: "İllər sonra bacımı tapdım. Bacımın uşağı da var. Ona görə də ailə qurmayacam. Elə hiss edirəm ki, bacımın uşağı öz uşağımdır. Bütün həyatımı onlara həsr edirəm. Bacım özü məni axtarıb tapdı. Sənətdə atamızın, anamızın adı eyni olduğuna görə, əmin oldum ki, bu mənim bacımdır. İlk görüşümüzün təəssüratı yaxşı oldu. Bacı elə mənim üçün bacıdır. İllərdir ki, onu görməyi arzu edirdim.

Samiraldo onu da əlavə edib ki, qardaşı ilə anasını heç bir zaman qəbul etməyəcək: "Nə qardaşımı, nə də anamı qəbul edəcəm. Mən heç kimdən küsməmişəm. Sadəcə, mən elə ağır həyat keçirdim ki, düşünürəm, bunları bağışlamaq olmaz. Bu, Allaha da xoş olmaz. Bu insanlar mənim həyatımla oynadılar. Elə onlar mənim həyatımda olmasalar yaxşıdı. İnanmıram ki, gələcəkdə onlarla barışam. Onlar barədə danışmağı evdəkilərə də qadağa qoymuşam. Çünki qəlbim sınıb. Özü də çox sınıb.

Xatırladaq ki, stilist Samiraldo uşaqlar evində böyüyüb.