Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə dekabrın 14-də axşam saatlarında rayonun Qovlar qəsəbəsində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Cabbarov Ceyhun Elşad oğlu evində dərman qəbul edərkən zəhərlənib.

C.Cabbarov təcili yardım avtomobili ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.