Bakının Binəqədi rayonunda orta yaşlı kişi konservləşdirilmiş duzlu pomidor-xiyardan zəhərlənərək ölüb.

1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi "MedEra Hospitalı"nda dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, ölən şəxsin qohumlarının "Report"a bildirdiyinə görə, onlarda A.Hümbətovun ölümü ilə bağlı şübhə yarandığı üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Eskpertlər ölümün dəqiq səbəbini araşdırır.