Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 1979-cu il təvəllüdlü Hüseynova Cəmalə Ağaməmməd qızı Maştağa qəsəbəsinin Müşəlan yaşayış massivində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda rəsmi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi "Ford markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.
Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.