Xəbər verdiyimiz kimi, dekabrın 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Füzuli Süleyman dəfn olunub.

Unikal.org BiG.AZ-a istinadən xəbər verir ki, şəhidimiz Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

2 uşaq atası olan şəhidimizin məzarı üzərində çəkilmiş fotolar görənlərin ürəyini dağlayıb. Şəhidimizin qəbrini hərbçi yoldaşları, ailəsi ziyarət edib.

Fotoları təqdim edirik: