Yüksək səsyayıcı qabiliyyətə malik olan 7650 ədəd partlayıcı oyuncaq götürülüb.
Unikal.org xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Bildirilib ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində Masallı rayon sakini Nicat Hüseynovdan yüksək səsyayıcı qabiliyyətə malik olan 7650 ədəd partlayıcı oyuncaq götürülüb.