Bakıda mağazadan oğurluq edilib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, naməlum şəxslər Telnov küçəsində yerləşən və 1955-ci il təvəllüdlü Hümmətov Şahin Alışan oğluna məxsus tikinti materialları mağazasından oğurluq edib. Qapının kilidinin sındırılması yolu ilə içəri daxil olan oğrular müdirin otağındakı kassadakı pulları və xeyli tikinti materiallarını oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.