Sumqayıtda intihar olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Saray bağlarında kirayədə yaşayan, 1964-cü il təvəllüdlü Vaqif Aydın oğlu Qaraşov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir