Albaniya parlamentində bugünkü iclas zamanı müxalif millət vəkilləri gözyaşardıcı qaz sıxıb.

Unikal.org-un məlumatına görə, insident ölkə baş prokurorunun namizədliyinin müzakirəsi zamanı qeydə alınıb.

Millət vəkillərin arasında yaşanan mübahisə nəticəsində müxalifətçilər gözyaşardıcı qazdan istifadə edib.

Bundan başqa, müxalifət tərəfdarları parlament qarşısında polis qüvvələri ilə toqquşub. Müxalifət bu aksiyaların davam edəcəyini deyib.