Bakıda hoteldə yanğın baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda yerləşən "Lake" hotelində qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın hotelinin havalandırma sistemində baş verib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıb.