Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən unikal.org-a verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


***

10.49

Kürdəmirdə inzibati binada yanğın olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, ə, Kürdəmir rayonu Heydər Əliyev prospektində yerləşən inzibati binada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, facebook sosial şəbəkəsində yanğın hadisəsinin fotoları yayılıb.

Bildirilir ki, yanğın Seçki Dairəsinin yerləşdiyi binada baş verib.