İmişlidə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org-un apa-ya istinadənverdiyi məlumata görə, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi "Qazel markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.

A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və maşının altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.