Ən köhnə messencerlərdən biri - "AOL Instant Messenger ("AIM) öz fəaliyyətini dayandırıb.

Unikal.org ICTnews-a istinadən xəbər verir ki, hazırda "AIM servisində bütün fərdi məlumatlar, həmçinin yazışmalar silinib.

Lakin, istifadəçilər bundan sonra da "aim.com domenində elektron poçtdan istifadə edə biləcəklər.

Qeyd edək ki, "AOL internet nəhəngi tərəfindən hazırlanmış "AIM messenceri 1997-ci ildə istifadəyə verilib. 2012-ci ildə "Windows üçün sonuncu versiya təqdim olunub, "iOS və "Android mobil platformaları üçün versiyalar 2017-ci ilin yayında yenilənib.

2006-cı ildə amerikalı internet istifadəçilərinin 50%-dən çoxu "AIM messencerindən istifadə edirdi. Həmin vaxtlar servis "Microsoft şirkətinə məxsus "MSN Messenger, "Yahoo! Messenger və "ICQ ilə rəqabət aparırdı. "Google Chat və "Hangouts, "Skype, "Twitter, "Facebook Messenger, "WhatsApp və "LinkedIn kimi layihələrin istifadəyə verilməsindən sonra "AIM-in populyarlığı son dərəcə azaldı.