Balakəndə nəvəsinin toyuna gedən 67 yaşlı nənəni maşın vurub.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birinin qarşısında baş verib. Hələ ki şəxsiyyəti açıqlanmayan sürücü idarə etdiyi "VAZ 21063 markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Xalatala kənd sakini 1950-ci il təvəllüdlü Cənnət Məhəmməd qızı Xanlayevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 67 yaşlı Cənnət Xanlayeva Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan APA-ya verilən məlumata görə, Cənnət Xanlayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.
Məlumatda bildirilir ki, Cənnət Xanlayeva nəvəsinin toy məclisində iştirak etmək üçün şadlıq sarayına gedirdi.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.