Ağdam rayonunda 62 yaşlı qadın evinin pilləkənindən yıxılaraq ölüb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə Ağdamın Mirəşelli kəndində baş verib. Kənd sakini Rüstəmova Dilarə Rza qızı ikimərtəbəli evin pilləkənindən yıxılaraq xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılsa da, D. Rüstəmovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.