Azərbaycanda 15 günlük oğlan uşağı küçələrə atılıb.

Unikal.org xəbər verir ki, uşaq dekabrın 6-da dünyaya gəlib. Qadın həyat yoldaşından ayrılıb. Qeyri-rəsmi nigahda yaşadığ şəxsdən dünyaya gələn körpəyə sahib çıxmır. Körpə isə ətrafdakı insanlar tərəfindən kafedə saxlanılır. Uşağın qidası və geyimini də onlar alıblar. 

Qızın valideynləri onun uşaq dünyaya gətirməsindən xəbərsizdirlər.

Hadisə barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumatlandırılıb.