Rusiyanın Novokuznetsk şəhərində kömür mədənində uçqun baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə 300 metr dərinlikdə mədənin ventilyasiya hissəsində baş verib. Uçqunun hansı səbəbdən baş verməsi məlum deyil.

Məlumata görə, qəza zamanı mədəndə 99 nəfər olub. Yerin altında qalanlardan 3-ü ilə əlaqənin kəsildiyi bildirilir.

Məlumata görə, digər mədənçilər yerin üstünə çıxarılıb.

Hazırda axtarış-xilasetmə işləri aparılır.