Britaniyalı cərrah Saymon Bremholl xəstələrin daxili orqanlarında öz "imzasını atmaqda ittiham olunur.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, 53 yaşlı həkimin bir neçə il əməliyyat zamanı xəstələrin qaraciyərində arqon şüası vasitəsilə öz inisiallarını yazdığı ortaya çıxıb.
Bu əməllər üzə çıxdıqdan sonra həkim cərrahlıq fəaliyyətindən uzaqlaşdırılıb və məhkəmə qarşısına çıxarılıb.
S.Bremholl iki xəstənin qaraciyərində qanaxmanın qarşısının alınması üçün lazerlə "yandırma həyata keçirdiyini və öz adının baş hərflərini yazdığını etiraf edib.