Rusiyanın Novokuznetsk şəhərində kömür mədənində uçqun baş verib.
Unikal.org-un məlumatına görə, hadisə 300 metr dərinlikdə mədənin ventilyasiya hissəsində baş verib. Uçqunun hansı səbəbdən baş verməsi məlum deyil.
Məlumata görə, qəza zamanı mədəndə 99 nəfər olub. Yerin altında qalanlardan 3-ü ilə əlaqənin kəsildiyi bildirilir.