Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam verib.

Unikal.org xəbər verir ki, mükafatlandırılanlar arasında Azərbaycan SSR Ali Sovetinin (9-cu çağırış, 11-ci çağırış), SSRİ Ali Sovetinin (10-cu çağırış) deputatı olmuş, SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuş Fatma Hüseynovanı da var.

O, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla 1-ci dərəcəli "Əmək ordeni ilə mükafatlandırılıb.

Qeyd edək ki, 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdü.