25 ildir dondurulmuş halda saxlanılan insan embrionu keçən ay bir körpə şəklində dünyaya gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 25-də 26 yaşlı Tina Gibson adlı qadın ABŞ-da xəstəxanalardan birində doğuş həyata keçirib. Amma onun vəziyyəti digər analardan fərqli olub.

Belə ki, Tina 1992-ci ildən bağışlanaraq dondurulan bir embrionu dünyaya gətirib. Emma adı verilən və sağlam olduğu deyilən körpənin çəkisi 3 kiloqram, boyu isə 50 santimetr olub.

Həkimlər daha əvvəl yalnız 20 illik bir embrionun sağlam şəkildə doğulduğunu deyərək, bu hadisənin rekord olduğunu vurğulayıblar.

Gibsonun 33 yaşlı əri Benjamin özlərinin genini daşımasa da, Emmanı övladları kimi qəbul etdiyini və onu çox sevdiyini bildirib.