BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb.

Unikal.org xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Xəbərdə bildirilir ki, Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.