İsrail BMT Baş Assambleyasının Qüdsə dair qərarını qəbul etmir və bir çox ölkənin yəhudi dövlətini dəstəkləməsindən məmnundur. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail baş nazirinin dəftərxanasından bildirilib.

"Qərarı qarşı çıxış edən dövlətlər arasında baş nazir Binyamin Netanyahunun səfər etdiyi Avropa, Afrika və Latın Amerikası ölkələri var, - deyə məlumatda bildirilir.

"İsrail ABŞ prezidenti Donald Yrampa Qüdsə dair birmənalı mövqe nümayiş etdirdiyinə görə təşəkkür edir və İsrail - həqiqətlə birgə səs vermiş ölkələrə minnətdarlığını bildirir

Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.